«Alumin» şirkəti alüminium profil və kompozit panel ticarəti üzrə ixtisaslaşmış Azərbaycanın qabaqcıl şirkətlərindən biridir. Fəaliyyətini müştəri məmnuniyyəti üzərində quran şirkətimiz, daim təklif olunan məhsulların keyfiyyətinin artırılması, çeşidlərinin genişləndirilməsi, habelə xidmət səviyyəsinin yüksəldilməsini rəhbər tutaraq öz işinə məsuliyyətlə yanaşır.
Şirkətimiz, sektorda çoxillik təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərdən təşkil olunmuş proqressiv kollektivi ilə müştərilərə peşəkar xidmət göstərir. Hal-hazırda 2 satış nöqtəsində alüminium məhsullarının topdansatışı və çatdırılması xidməti yüksək peşəkarlıqla həyata keçirilir.
Yerli istehsalla yanaşı Türkiyə və Avropadan gətirilməklə, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsulların təchizatçısı olaraq, çoxsaylı dövlət layihələrində inzibati binaların, ictimai obyektlərin, fərdi yaşayış evlərinin, o cümlədən iaşə obyektlərinin tikintisində bizim konstruksiya materiallarımıza müraciət olunur.
Fəaliyyət strategiyamızın əsasını təşəbbüskarlıq və innovativlik təşkil edir. Bu sayədə, müasir tələblərə cavab verən memarlıq sistemləri ( izo sistem, sürmə, cəbhə sistemi, ofis arabölmə, məhəccərlər, sistem aksesuarları ), mebel sistemləri, eləcə də sənaye profilləri kimi geniş məhsul kataloqu ilə xidmətinizdəyik.
Peşəkarlığımız keyfiyyətimizin təminatçısıdır!
Bir kliklə qiymət təklifi sizdə olsun.
Sizə özəl individual qiymət təklifinə ehtiyacınız var?
+99450 207 12 38Çağrı mərkəzi 10:00 - 22:00 arası aktivdir